Modern.az

Lütviyar İmanovun xatirəsinin əbədiləşdirilməsi, İmam Mustafayevin yubileyinin keçirilməsi barədə sərəncamlar verildi

Lütviyar İmanovun xatirəsinin əbədiləşdirilməsi, İmam Mustafayevin yubileyinin keçirilməsi barədə sərəncamlar verildi

Təhsil

22 Fevral 2010, 20:07

Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti Lütfiyar Müslüm oğlu İmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Lütfiyar İmanovun yaşadığı binaya (Bakı şəhəri, Xaqani küçəsi, 27/32) xatirə lövhəsinin vurulmasını təmin etməlidir. İlham Əliyevin digər sərəncamı 2010-cu ilin fevral ayında anadan olmasının 100 illiyi tamam olan görkəmli Azərbaycan alimi və tanınmış ictimai-siyasi xadim İmam Daşdəmir oğlu Mustafayev barədədir. Ölkə başçısının sərəncamı ilə Azərbaycanın elmi və ictimai-siyasi həyatında mühüm xidmətlərini nəzərə alaraq, İmam Mustafayevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi təmin ediləcək. Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə İmam Mustafayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır