Modern.az

“Media forum” fəaliyyətini bərpa edib

“Media forum” fəaliyyətini bərpa edib

22 Fevral 2010, 23:04

Fevralın 9-dan fəaliyyətinə məcburi fasilə verən “Media forum” xəbərlər saytı fevralın 22-də axşam saatlarında açılıb. Saytın redaksiyasından Modern.az-a bildiriblər ki, “Media forum” fevralın 23-də normal qaydada işini davam etdirəcək.

Xatırladaq ki, “Media forum” fəaliyyətinə saytın redaksiyasının yerləşdiyi Həsən bəy Zərdabi prospekti, 71 A ünvandakı 17 mərtəbəli binada fevralın 9-da, axşam saatlarında baş verən yanğın səbəbindən ara vermişdi.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!