Modern.az

Tiflisdə faciə: 1 soydaşımız öldü, 2-si yaralandı

Tiflisdə faciə: 1 soydaşımız öldü, 2-si yaralandı

22 Fevral 2010, 23:16

Tiflisdə tüğyan edən güclü külək 2 insanın həyatına son qoyub. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki,  Tiflis meri Qiqi Uqulava jurnalistlərə açıqlamasında güclü küləyin faciəyə yol açdığını deyib. Paytaxtın Aqmaşenebeli meydanında küləyin dibindən qopardığı ağac azərbaycanlı Ziyəddin Mahmudovun idarə etdiyi “Mersedes” markalı avtomobilin üzərinə düşüb. Nəticədə soydaşımız hadisə yerində keçinib. Onun maşında olan qızı və arvadı isə ağır vəziyyətdə klinikaya çatdırılıb, onların həyatı üçün təhlükə yoxdur. Daha bir ölüm hadisəsi şəhərin Diqomi massivində baş verib. Küləyin yerə sərdiyi ağac küçədə ticarətlə məşğul olan şəhər sakininin üzərinə aşıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Güclü külək Tiflisdə 150 evin dam örtüyünü dağıdıb. 400-dən artıq ağac kökündən sınıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı