Modern.az

AzTV deputatın ittihamlarına cavab verdi

AzTV deputatın ittihamlarına cavab verdi

21 Dekabr 2012, 17:32

“AzTV-də İosif Stalini tərifləyən verilişlər yayımlanmır. Əksinə, AzTV filmləri, verilişləri və proqramları vasitəsilə xalqımıza qarşı repressiya və vəhşətlər törədən Stalinin məkrli əməllərinin unudulmamasına çalışır”.

Bu sözləri Modern.az-a açıqlamasında AZTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım deyib.

“Məsələn, AzTV-nin çəkdiyi altı hissəli “Deportasiya” sənədli filmi Stalinin əmrilə Ermənistandan deportasiya olunmuş azərbaycanlılara həsr olunub. Stalin repressiyasının qurbanları olan tanınmış elm, mədəniyyət və incəsənət xadimlərimizdən bəhs edən yüzlərlə veriliş və filmlər çəkilib. Onların arasında Hüseyn Cavid, Seyid Hüseyn, Əhməd Cavad, Mikayıl Müşviq, Salman Mümtaz və digərlərinin acı taleyindən danışan filmləri göstərmək olar. “Unudulmayanlar” və “Zamanın sorağında” verilişlərində vaxtaşırı bu mövzuya qayıdılır. Bundan başqa, AzTV-nin “Səhər” informasiya və musiqi proqramının təqvim rubrikasında öz mənfi və müsbət cəhətləri ilə tarixə düşmüş şəxsiyyətlər haqqında da məlumat verilir. Bu rubrikada Stalin Azərbaycan xalqını deportasiyaya və repressiyaya məruz qoyan diktator kimi təqdim edilir”, - deyə X. Qasım bildirib

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında millət vəkili Asim Mollazadə Dövlət Televiziyasını İosif Stalini tərifləyən verilişlər yayımlamaqda ittiham edib.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir