Modern.az

İlham Əliyev Bakıda otelin açılışına qatılıb - FOTO

İlham Əliyev Bakıda otelin açılışına qatılıb - FOTO

21 Dekabr 2012, 19:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azəryol” voleybol klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak edib. Modern.az prezidentin rəsmiş saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılmışdır. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri seçilmişdir. Tikinti işlərinə azərbaycanlı və xarici mütəxəssislər cəlb edilib.

Binada  mərhum prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də veteran voleybolçuların fotolarını əks etdirən stendlər yaradılı. Burada inzibati otaqlar, iki VİP tamaşaçı lojası, müasir avadanlıqla təchiz edilmiş konfrans zalı, 100 nəfərlik yeməkxana, tibbi yardım və digər otaqlar vardır.

 Bildirilib ki, iki min tamaşaçı tutumu olan meydançada müasir tablo quraşdırılmışdır. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunub.

 Prezident İlham Əliyev burada “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” voleybol komandalarının oyunçuları və məşqçiləri ilə görüşüb.

Dövlət başçısına Azərbaycan Voleybol Federasiyasının hədiyyə topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edilib.

 Sonra Prezident İlham Əliyev “Azəryol” otelində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla 36 nömrə, restoran və kafeteriya vardır.

Yaradılan şəraitdən razılığını bildirən dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?