Modern.az

Əli Kərimlinin müavini İsa Qəmbərə etiraz etdi

Əli Kərimlinin müavini İsa Qəmbərə etiraz etdi

Ölkə

21 Dekabr 2012, 21:33

“Vahid namizəd olmayacaqsa bu halda namizədlər şaxta baba vəziyyətinə düşəcəklər”

Müsavat partiyasının müxalifət düşərgəsində əsas müttəfiqi hesab edilən AXCP başqan İsa Qəmbərin vahid namizədlə bağlı çıxışına etiraz edib. Modern.az-ın məlumatına görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İsa Qəmbərin vahid namizəd məsələsinin şaxta baba ilə müqayisə etməsinin yalnış olduğunu bildirib. Facebook səhifəsində açıqlama verən F.Qəhrəmanlı Müsavat başqanına belə cavab verib:

“Vahid namizəd kimi ciddi bir məsələnin şaxta babaya bənzədilməsi ilə heç bir halda razılaşmaq olmaz. Çünki biz vahid namizədi şaxta babanı sevdiyimizə görə deyil, rejimə qarşı cəmiyyətin bütün demokratik potensialını səfərbər etmək, saxtakarlığa qarşı ictimai müqavimət cəbhəsi yaratmaq və xalqın birlik istəklərini təmin edərək dəyişikliklər uğrunda vahid komanda kimi mübarizə aparmaq məqsədi ilə istəyirik. Əgər vahid namizəd olmayacaqsa bu halda namizədlər şaxta baba vəziyyətinə düşəcəklər və saxtakar iqtidar bu halda onlardan nəticəsi əvvəlcədən bəlli "seçki yolkasını" bəzəmək üçün istifsdə edəcək. Biz gerçəkdən dəyişiklik istəyiriksə ölkənin bütün demokratik qüvvələrini bir araya gətirmək istiqamətində çalışaraq konsensus və ya praymeriz yolu ilə onların arasından ən güclüsünü seçməyə çalışmalıyıq. Əks təqdirdə namizədliyini verən şəxslər bir partiya resursu ilə bu hakimiyyətə necə qalib gələcəklərini, onların seçki saxtalaşdırmasının qarşısını necə alacaqlarını buyurub ortaya qoysunlar”, - deyə AXCP rəsmisi bildirib.

Müttəfiqlərinin bu addımını tənqid edən F.Qəhrəmanlı onların partiya daxilində seçkilərdən heç bir nəticəyə nail olmayacaqlarını vurğulayıb:

“Bu barədə heç nə deyə bilmirlər, çünki, özləri də bilir lər ki, indiki şərtlər daxilində bir partiyanın namizədi kimi seçidə iştirak etməklə heç bir nəticəyə nail olmaq mümkün deyil. Bəs onda bu halda nədən vahid namizəd ideyasın belə aqrresiv şəkildə inkar edirlər? Hər kəsə aydındır ki, saxtakarlığa qarşı bbütün qüvvələrin vahid namizəd formatında birgə müqavimət göstərməsi, ayrılıqda bir partiyanın təsirindən daha güclüdür. Avtoritarizmdən demokratiyaya keçid etmiş ölkələrdə real qüvvələr öz aralarından bir namizəd müəyyənləşdirməklə dəyişikliyə nail olurlar. Bütün dünyada sınaqdan çıxmış bu düsturun heç bir arqument gətirmədən inkar edilməsi narahatlıq yardır”.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır