Modern.az

Prezident dövlət proqramını təsdiq etdi

Prezident dövlət proqramını təsdiq etdi

Təhsil

21 Dekabr 2012, 22:21

Prezident İlham Əliyev “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamd ölkə başçısı ölkədə statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılmasını, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması işinin sürətləndirilməsini və dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o cümlədən “e-statistika”nın inkişafını təmin etmək məqsədi ilə qərara alıb ki,  “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” təsdiq edilsin.

Sərəncama əsasən, dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti illərdə dövlət büdcəsinin layihələri tərtib edilərkən bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ayrılmasını təmin etsin.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar