Modern.az

İranda təyyarə qəza enişi etdi - Yaralılar var

İranda təyyarə qəza enişi etdi - Yaralılar var

Dünya

6 Yanvar 2022, 00:12

İranda Məşhəddən İsfahana uçan təyyarə qəza enişi edib.

 

Modern.az İran KİV-ə istinadən xəbər verir ki, göyərtəsində 110 sərnişin olan təyyarə İsfahan hava limanında eniş edərkən sol təkərində yaranan texniki nasazlıq təyyarənin eniş zolağından çıxmasına səbəb olub.

 

Məlumata görə, sərnişinlərdən 3 nəfər xəsarət alıb, digər sərnişinlər təcili təxliyə olunub. Hadisənin başvermə səbəblərini araşdırmaq üçün Tehrandan İsfahana xüsusi təhqiqat qrupu ezam olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə