Modern.az

Azərbaycan klubları MDB çempionatında iştirak edəcək? - AFFA təklif gözləyir

Azərbaycan klubları MDB çempionatında iştirak edəcək? - AFFA təklif gözləyir

22 Dekabr 2012, 11:31

“AFFA-ya MDB futbol çempionatı ilə bağlı hələ heç bir rəsmi müraciət daxil olmayıb. Təklif gələrsə, biz bunu müzakirə etməliyik”. Bunu Modern.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib.

Qeyd edək ki, Rusiya Premyer-Liqasının rəhbəri Sergey Pryadkin bildirib ki, 2012-ci ilin sonunadək MDB çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılacaq.
“Təşkilat Komitəsinin əsas məqsədi turnir planının hazırlanmasıdır”. S.Pryadkin bildirib ki, bu ideyaya Mişel Platininin dəstəyini alıblar. Belə ki, M. Platini transmilli çempionatların keçirilməsi təşəbbüsünü irəli sürüb.
“2012-ci ilin sonunadək Təşkilat Komitəsi MDB klubları və UEFA ilə əlaqə saxlayacaq”.

AFFA-nın mətbuat sözçüsü onu da qeyd edib ki, Azərbaycan futbol klublarının keçiriləcək yarışda iştirakı ehtimalı aşağıdır.
“Bu barədə indidən bir söz demək olmaz, çünki açıq məsələ deyil. Bu, böyük və ciddi məsələdir. Yalnız rəsmi təklif gələndən sonra biz düşünməliyik. Qısa vaxt ərzində mən ölkəmizdən hansısa klubun çempionatda iştirakını güman etmirəm”.

Aqşin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı