Modern.az

Sumqayıtda Ağsaqqallar Şurasının konfransı keçirilib

Sumqayıtda Ağsaqqallar Şurasının konfransı keçirilib

22 Dekabr 2012, 11:52

Sumqayıt şəhərinin Tarixi muzeyində şəhər ağsaqqallarının Sumqayıtda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə hesabat konfransı keçiril­ib.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov Şura­nın ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, şəhər Ağsaqqallar Şurasının üzvlərinin əksər çoxluğunu vaxtilə Sumqayıtın qurulmasında və onun inkişafında xidmətləri olmuş əmək adamları təşkil edir və onlar dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Şura sədri uzun illər Sumqayıtın sənaye müəssisələrində, təhsil və səhiyyə sistemində uğurla çalışaraq hazırda istirahətdə olan şəhər ağsaqqallarına hər cür dəstək olan idarə və müəssisə rəhbərlərinə minnətdarlıq ifadə edib. Yığıncaqda qarşıda duran məsələlərdən, o cümlədən gələn il keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən geniş söhbət açılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.
Tədbirdə iştirak edən və şəhər ağsaqqalları ilə görüşən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev onların qayğı və problemləri ilə maraqlanıb, onlarla səmimi söhbət aparıb.

Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi