Modern.az

Siyavuş Novruzov: “Elşad Abdullayevlə aramızda belə bir danışıq olmayıb” - AÇIQLAMA

Siyavuş Novruzov: “Elşad Abdullayevlə aramızda belə bir danışıq olmayıb” - AÇIQLAMA

22 Dekabr 2012, 11:59

Deputat: “Nazir Eldar Mahmudov mənim qohumum deyil”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin mətbuata ünvanladığı növbəti müraciətə münasibət bildirib.
 
Deputat Modern.az saytına açıqlamasında onun milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohum olması və eləcə də MTN zabiti Mahir Abdullayevin tapılması üçün köməklik göstərəcəyi haqda Elşad Abdullayevin müraciətində qeyd olunan məqamlara aydınlıq gətirib.

“Mənim milli təhlükəsizlik naziri Eldar Mahmudovla heç bir qohumluğum yoxdur. Bu, Elşad Abdullayevin növbəti yalanıdır. Mən onun yaydığı müraciətə baxmışam, şər və böhtandan başqa heç nə deyil. Elşad Abdullayevlə aramızda belə bir danışıq olmayıb. Hər şey yalandır”, - deyə  S.Novruzov açıqlama verib.

Qeyd edək ki, ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev “Azadlıq” qəzetinə göndərdiyi müraciətdə bildirib ki, oğurlanan qardaşı, MTN-in zabiti Mahir Abdullayevin oğurlanmasını YAP-ın vasitəsi ilə də həll etmək etmək üçün Siyavuş Novruzova müraciət edib. “Siyavuş Novruzov mənə bildirdi ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov onun yaxın qohumudur, Mahirin məsələsini onunla həll edəcək. Bu məsələ ilə bağlı söhbətlərimiz oldu”, - deyə E.Abdullayev bildirib.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü