Modern.az

Qarabağ və gənclər

Qarabağ və gənclər

4 Dekabr 2012, 12:51

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

Azərbaycan xalqı dünyanin ən qədim və həm də ən başibəlalı xalqlarından biridir.İllər,əsrlər boyu nə müsibətlər çəkməyib ki, bu xalq.Torpaqlarimizi yağmalayıb,sərvətlərimizi talayıb,özümüzü də qirib çatıb,əlifbamızı,dilimizi dəyişdiriblər.Mənəviyyatımıza,mədəniyyətimizə təcavüz ediblər.Səməd Vurğun demişkən:

                            Bilinməyir yaşın sənin

                            Nələr çəkmiş başin sənin

Gülüstan müqaviləsinə qədər Azərbaycanın ərazisi Xəzər dənizindən də böyük idi.Azərbaycanın hal-hazirda 20%-i deyil 80%-i işğaldadir.

Hələ 1928-ci il 10 fevral Nikolayla Fətəli xan Qacar arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayi sərhəd olmaqla iki yerə bölündü.1940-ci il islahatindan sonra Şimali Azərbaycanin 7000 kvadrat kilometrlik ərazisi Dağistan vilayətinə birləşdirildi Azərbaycan demokratik Respublikasi Sovet Rusiyasi tərəfindən işğal edildikdən sonra Borçali Qarayazi Zəngəzur kimi bölgələrimiz Ermənistan və Gürcüstana birləşdirildi.

       1988-ci ildən başlayaraq Ermənistan SSR-nin Azərbaycan SSR-ə qarşi irəli sürdüyü ərazi iddialarina əsaslanan Qarabağ münaqişəsinin davami 1991-1994-cü illərdə Dağliq Qarabağ ərazisi üstündə Ermənistan və Azərbaycan arasinda şiddətli hərbi ittifaq olmuşdur.

       Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmiş atəşkəslə başa çatmışdır.İxtilafın nəticəsində 30 000-nə yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafinda yerləşən yeddi inzibati rayonun erməni silahlı qüvvələrinin işğalına məruz qalmışdır.

                                   Kəssə hər kəs tökülən qan izini,

                                   Qurtaran dahi odur yer üzünü.

       Beləcə itirə-itirə gedirik.Buna son verməyin vaxti deyilmi?

       Bu köçkün adindan bezmişik.Dövlət hansi yolu göstərsə o yolla Qarabağa getməyə haziriq.Rəsmilər deyir ki, rayonlarin bir hissəsi alinsin Şuşa,Laçin və mənim dünyaya göz açdiğim Kəlbəcər qalsin 5 il sonraya.Bunu deyənlər fikirləşmirki Laçin Qarabağdan Ermənistana dəhlizdir.Bu yol ermənilərdə olduqca heç kim oralarda təhlükəsiz yaşaya bilməz.Bu mərhələli nizamlama ilə azad etmək inandirici deyil.İnanmaram ki, daşi-torpaği qizil olan Kəlbəcəri,Şuşani,Laçini bu yolla azad edə bilək.Onlarsiz Qarabaği neynirik?

        Ermənilərlə gənclərimiz sosial şəbəkələrdə danişdiqlari zaman gülüb deyirlər ki, Qarabaği necə alacaqsiniz,az qala hərbçiləriniz də müğənniliyə başlaya.Qarabağ bəs kimin yadindadir?Ölkə də haminin başi şouya qarişib.

        2000-ci ilə kimi Qarabağa qayitmaq istədiyimi bildirəndə ətrafimda olan bəzilərinin sözləri mənə pis təsir edirdi.”Bəs niyə ermənilər gələndə Qarabaği qoyub qaçdiniz,qalardiniz da orda” deyirdilər.Amma 2000-ci ildə gecə zəlzələ baş verdi.O, zaman bütün insanlar gecə paltarlari ilə, əyinlərinə hecnə almadan canlarini götürüb evdən qaçmişdilar.Ondan sonra mənə o sözləri deyənlərə məndə sual verirdim ki, bəs siz niyə adi şeyə görə hər şeyinizi atib qaçirdiniz?

         Biz Qarabağdan qaçmamişiq!Kənarda oturub ağlina gələni demək çox rahatdır!Bizə əmr gəlmişdi ki, ermənilər gəlir hami yiğişsin cixsin,biz də hökumətin əmrinə tabe olmuşduq.Valideynlərimin dediyinə görə əslində bu bir yox iki dəfə belə olmuşdur.Əvvəl də əmr gəlmişdi, cixmişdiq, sonra görmüşük gəlmirlər qayitmişiq.31 mart 1993-cü ildə isə gəldiklərini görüb biri namusunu, biri ailə-uşağini düşünüb, məcbur tərk edib!

        Hal-hazirda mən dövlət universitetində ödənişli fakültədə oxuyuram.Qrup yoldaşlarimin hamisi da ödənişlidədir, onlardan fərqli olaraq mənim əvəzimə ödənişi dövlət ödəyir.Uşaqlarimiz buna görə qaçqinlara axmaq paxilliq edirlər.Deyirlər ki, qacqinlar kefdədir nə işiq,nə qaz,nə su,nə də təhsil pulu ödəyir.Qaçqinlar artirib, dövlət işlərində işləyir hamisi.Amma düşünmürlər ki, qaçqinlarin öz ellərində bugün əldə etdiyinin min qati var idi, məcburiyyətdən olanlarını qoyub gəlmişdilər.Bugün də yenə ağlı,bacarığı ilə itirdiklərini geri qaytariblar.

         Qarabağ unudulur...!Əlbəttə azərbaycanlıların qəlbində yox,xarici ölkələrdə.Eşitdiyimə görə keçmiş ispan xarici işlər naziri olan bir xanim Qafqaz haqqinda yazisinda Qarabağ problemini Zaqafqaziyada artiq soyulmuş problem kimi əks etdirmək istəyirmiş.Acinacaqlisi isə budur ki, Azərbaycanda olmuşdu.Necə yəni burada bir ispan dilini bilən tapılmayıb ki, o burda olanda onu başa salsın ki, 1992-ci ildən bundan aktual problemimiz yoxdur.Deyən olmadımı ki, heçnə və heç kim unudulmur.Bizim kimi gənclər və xalqımızın öndər insanları buna heç vaxt yol verməyəcək.O ki, qaldi ispan nazirinin qeydinə, ola bilər ki, bu onun savadsızlığı ilə bağlı olsun ya da ki, Qarabağ haqqinda çox şey bilməyinə baxmayaraq bizim bu böyük problemimizi bilməzlikdən gəliblər.

          Biz bilirik ki, ermənilərin bizimlə rəqabət aparmağa kifayət qədər gücü yoxdur, sadəcə güclü dayaqları var.Ən böyük və ən əsas dayağı isə Rusiyadır.Biz bunu bilə-bilə özümüz demək olar ki. Rusiyaya dayaq oluruq, qaz ixarac edirik.Məncə Azərbaycan güman edir ki, Rusiyaya qaz versə, Rusiya Ermənistanın arxasindan çəkilər.Ancaq bu siyasətindən Rusiya hec vaxt əl çəkməyəcək.Qafqazı, o cümlədən Azərbaycanı özündən asılı saxlamaq üçün Rusiya Qarabağ probleminin çözümünə maneə olacaq.Rusiya hər iki ölkəni əlində saxlamaq istəyir.Bu məsələni təkbaşına həll etməyə Azərbaycanın gücü çatmaz.

        “Vətənini müdafiə etməyı çalişan hər bir gənç bizim üçün əziz və dəyərlidir.”Bu aforizm xalqımızın qiymətli oğlu Azərbaycanın və dünyanın görkəmli siyasi xadimi Heydər Əliyev cənablarına məxsusdur.

          Məşhurlardan biri belə demişdir:”Yaşamağa və azadliğa o xalq layiqdir ki, o, hər gün bunların uğrunda döyüşə gedir.” Bu hikmətamiz sözləri bizim məğrur,döyüşkən ruhlu xalqımıza da aid edə bilərik.Tarixin bir sıra səhifələrini vərəqlədikcə bu xalqımızın keçmişinə nəzər salır və buna əmin oluruq.

           XX əsrin sonlarında milli müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmiş boşluq 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayidişindan sonra aradan qaldirildi.Məhz bu ildən etibarən Gənclər Siyasəti dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi.

          Torpaqlarının 20%-i işğal altında olan gənc nə fikirləşməli, nə etməlidir?Gənclik öz milli,mənəvi dəyərlərinə sahib cıxmalıdır.Sual oluna bilər ki, müharibə vəziyyətində olan ölkənin gəncləri silahı hərbi hissələrdə öyrənməməlidir?Təbii ki, belə olmalıdır.Fəqət gənclərimizin şüurundan “İslahat” aparsaq daha effektli olar.Gənclər arasında təbliğat işləri genişlənməlidir.Ölkəmizin gələcəyi gənclərdir.Hər bir gənc dövlətçilik prinsipini əsas götürməlidir.Prinsip etibarı ilə bu inkişafa gedən yoldur.Bu gün Azərbaycan gənci himninə,gerbinə,Qarabağina,bayrağına,milli dəyərlərinə sahib cıxmalıdır.Gənclərin dövlət atributlarına hörmət və inamı dövlət quruculuğunun əsas istiqamətlərindən biridir.

           Məcburi-köçkünlərə həsəd aparmaqla həyatlarini keçirdən gənclərdən başqa, Qarabağ dərdini özəlləşdirən gənclərə də sahibik.Çox sevindirici haldır ki, onlar müasir gəncliyimizin 90%-ni təşkil edir.Müasir gənclərimiz hər yolla ölkəmizi beynəlxalq aləmdə tanitmağa çalışır ki, Qarabağın həlli üçün dəstəkçilərimiz artsın.Ali təhsilli gənclərimiz ermənilərlə debatlara qoşulur,Qarabağ məsələsinin həllinə yollar təklif edirlər.

          Hələ 2011-ci ildə dünya səviyyəli Eurovision yarışinda qalibiyyətimizi demirəm.Çoxuna bu yariş sadəcə musiqi,mədəniyyət yarışı kimi gələ bilər amma əslində dərinliyinə varsaq bu bir siyasətdir.

          İstər mədiniyyət,istər idman,istərsə də təhsil sahəsində görülən işlər,islahatlar,həyata keçirilən tədbirlər öz bəhrəsini verir.Beynalxalq arena da Azərbaycanın müstəqil bir dövlət kimi çəkisi artmağa başladı.Gənc idmançılarımız Elnur Məmmədov,Teymur Rəcəbov və başqalarının ermənilar üzərində möhtəşəm qələbələri bir azərbaycanlı kimi hamımızı sevindirir.

          Ermənilərdə həmişə “Böyük Ermənistan” milli ideası olub.Bizdə isə sovet ideologiyası bizim milli ideyalarımızın çox böyük xətt çəkmişdir.İndi bizdə milli ideyalar var, onlar bunu bizə verdilər.Bu böyük itkilər bahasına olsa da böyük bir qazancdır.

           Gənc Azərbaycanı yaşadıb qorumaq hər bir vətəndaşın borcudur.Vətənimizin daha da çiçəklənməsi,tərəqqi etməsi üçün hər bir düşüncəli,ağıllı gənc təhsilin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bilməlidir.”Böyük Ermənistan” yaratmaq xulyası ilə torpaqlarımızı işğal etmiş bədxah qonşularımıza həqiqəti yalnız bir yolla sübut etmək olar-həmin sahədə lazımı biliyin əldə olunması hər bir azəri gənci öz tarixini bilməlidir.Belə olmasa o, öz xalqina,milli mənsubiyyətinə olan sevgisi ilə öyünə bilməz.Biz gənclər hər qarış vətən torpağı uğrunda şəhid olan mərd,cəsur igidləri heç vaxt unutmayacağıq və onların bu igidliyi qarşısında baş əyirik.

 

Şükürova Pərvanə Ədalət qızı,

Baki Slavyan Universiteti, Pedoqoji fakültə 2-ci kurs

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?