Almatıda mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimal edilən 6 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Xəbərdə deyilir ki, saxlanılanlardan biri tanınmış avtoritetdir.
““Dikiy Arman”ın başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin 6 üzvü Almatı polis idarəsi tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb”, - rəsmi məlumatda deyilir.
Saxlanılan şəxslərdən müxtəlif markalı və kalibrli 4 ədəd yarımavtomat tapança, döyüş sursatı, kəsici-deşici silahlar və 1 zirehli maşın götürülüb.
RİA Novosti-nin məlumatında “Dikiy Arman” ləqəbi ilə tanınan avtoritetin kütləvi iğtişaşlarla bağlı saxlanıldığı bildirilib.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış videolarda “Dikiy Arman”ın kütlə qarşısında çıxış etdiyi əks olunub.