Modern.az

Qatil övlad bütün ailəsini qətlə yetirib

Qatil övlad bütün ailəsini qətlə yetirib

23 Fevral 2010, 10:40

İstanbulun Eskişehir bölgəsinin Alanönü məhəlləsində baş verən dəhşətli qətliamın üstü açılıb. Türk mediasına istinadən Modern.az xəbər verir ki, çoxmərtəbəli binanın sonuncu mənzilində ölü tapılan 47 yaşlı ata, 44 yaşlı ana və 18 yaşlı qızın ölüm səbəbi müəyyənləşdirilib. Polisin apardığı araşdırma nəticəsində ortaya çıxıb ki, hadisəni ailənin 23 yaşlı oğlu, universitet tələbəsi M.B törədib.

 

Dindirilmə zamanı cinayətini etiraf edən qatil gəncin ifadəsinə əsasən, gecədən xeyli keçdikdən sonra evə gələrkən atası ilə mübahisə edib. Mübahisənin səbəbi isə nə qədər acınacaqlı olsa da, atasının təqaüd pulu olub. Nəhayət atası yatdıqdan sonra onu boğaraq öldürən qatil-oğulun ürəyi soyumayıb. Eyni metodla ana və bacısını da qətlə yetirdikdən sonra dəlilləri aradan götürmək üçün mənzili yandırıb. Son ifadəsində atasını öldürdüyünə peşman olmadığını deyən nankor övlad ana və bacısına görə isə peşmanlıq hissi keçirdiyini bildirib.

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?