Modern.az

Mahir Emreli “Legiya”nı məhkəməyə verdi

Mahir Emreli “Legiya”nı məhkəməyə verdi

Dünya

10 Yanvar 2022, 20:13

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu "Legiya"nı məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, buna səbəb Varşava təmilçisinin 25 yaşlı hücumçuya olan borcudur.

 

Xəbərdə bildirilib ki, M.Emreli həm də klubu ilə müqaviləsinə xitam verilməsini istəyir.

 

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.

 

Onunla Xorvatiyanın "Dinamo" (Zaqreb), Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klublarının maraqlandığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə