Modern.az

Xocalıdan 190 nəfər itkin düşmüş şəxs qeydiyyatdadır

Xocalıdan 190 nəfər itkin düşmüş şəxs qeydiyyatdadır

23 Fevral 2010, 12:25

Modern.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunin rəhbəri Firudin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan tərəfdən 4133 nəfər itkin düşmüş şəxs qeydiyyatdadır. Onların axtarış ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu gündəlik məşğul olur. F.Sadıqov deyib ki, Dövlət Komissiyasında Xocalı soyqırımı zamanı itkin düşən şəxs kimi 190 nəfər qeydiyyata alınıb. “Amma bu o demək deyil ki, Xocalı faciəsi zamanı itkinlərin sayı tam 190 nəfərdir. Dövlət Komissiyası müxtəlif mənbələrdən məlumatlar toplayaraq itkinlərin sayını müəyyənləşdirir. Xocalı elə bir faciədir ki, şəhəri erməni birləşmələri zəbt edərkən, bir çox insanları qətlə yetiriblər. Elə bir şərait yaranıb ki, itkin düşmüş şəxslərin heç bir qohumu, yaxını qalmayıb ki, onlar harasa öz itkinləri barədə müraciət etsinlər”.  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir