Modern.az

Sabiq deputat vəfat etdi

Sabiq deputat vəfat etdi

Allah rəhmət eləsi̇n

14 Yanvar 2022, 09:52

Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.

 

Modern.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

 

F.Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirib.

1959-cu ildən fərdi tikiş fabrikində fəhlə, dərzi köməkçisi, dərzi, biçici, istehsalat rəisi, 1975–1983-cü illərdə fabrikin direktoru işləyib. 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi, 1987–1992-ci illərdə Bakı Trikotaj İstehsalat Birliyinin, «Azəryüngülyeyintisənaye » Birliyinin, «Azərtoxucutəchizatsatış» firmasının baş direktoru olub. 1992–1997-ci illərdə Azərbaycan Respublikasının material ehtiyatları naziri, 1999–2005-ci illərdə «Güvən» şirkətinin baş direktoru vəzifələrində çalışıb.

2005-ci il noyabrın 6-da 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilib.

İqtisad elmləri namizədi olan F.Zeynalov  Əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi idi.

Allah rəhmət eləsin…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi