Modern.az

Kremldən Türkiyəyə MESAJ: “Danışıqlara hazırıq”

Kremldən Türkiyəyə MESAJ: “Danışıqlara hazırıq”

Dünya

19 Yanvar 2022, 14:00

 “Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə sövq edə bilsə, biz danışıqlara hazırıq”.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Kreml istənilən ölkənin Ukraynadakı vəziyyəti nizamlamaq səylərini alqışlayır. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının Kiyev tərəfindən yerinə yetirilməsini dayandırması ilə bağlıdır”, - deyə Peskov bildirib. 

 

Qeyd edək ki, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşməsi təklifini Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə