Modern.az

Səməd Seyidov ADU barəsində açılan cinayət işindən danışdı

Səməd Seyidov ADU barəsində açılan cinayət işindən danışdı

28 Dekabr 2012, 12:05

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov rəhbəri olduğu ali təhsil müəssisəsi barədə açılan cinayət işinin hələ yekunlaşmadığını deyib. Modern.az saytına açıqlamasında rektor “bu məsələ ilə bağlı araşdırma gedir” deyə bildirib.

Hesablama Palatasının bir müddət öncə apardığı yoxlamalar nəticəsində Azərbaycan Dillər Universitetində (ADU) maliyyə pozuntusu  aşkarlanmışdı. ADU-nun 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəlimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıbdır

Bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır