Modern.az

Ata və azyaşlı qızı dəm qazından zəhərləndi

Ata və azyaşlı qızı dəm qazından zəhərləndi

Hadisə

23 Yanvar 2022, 15:53

Gəncədə dəm qazından zəhərlənmə ölümə səbəb olub.

 

Modern.az xəbər verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Ruslan Atamov və onun qızı 2018-ci il təvəllüdlü Fatimə Atamova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

 

Hadisə nəticəsində R.Atamov dünyasını dəyişib. Azyaşlı qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat