Modern.az

Azərbaycanda alimenti verməyənə 3 il həbs...

Azərbaycanda alimenti verməyənə 3 il həbs...

Parlament

28 Dekabr 2012, 13:27

Hazırda Azərbaycanda 140 min məhkəmə qərarı icraya verilib. Bunlarınsa təxminən üçdə biri uşaq hüquqlarının qorunması ilə bağlıdır,  konkret olaraq alimentlərin tutulması ilə bağlıdır. Modern.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyir ki, adətən bu qərarlar icra olunmur, alimenti ödəməkdən imtina olunur:

“Alimentlə bağlı məhkəmə qərarı icra olunmayanda, Cinayət Məcəlləsinin  176-cı maddəsinə görə məsuliyyət nəzərdə tutulur. Burada da cəza - alimenti ödəməkdən boyun qaçırmağa görə 6 ay azadlıqdan məhrumetmə ola bilər. Amma təklif edirik ki, bu maddəni Məcəllədən çıxardaq. Belə etsək, onda alimentin ödənilməməsi ilə bağlı məhkəmə qərarını icra etməyənlərə qarşı CM-nin 306-cı maddəsi tətbiq ediləcək. Bu maddəyə görə, sanksiya kifayət qədər ciddi 3 ilədək azadlıqdan məhrumetmə cəzasıdır”.

Əli Hüseynli qeyd edir ki, bu dəyişiklik alimentlərlə bağlı məhkəmə qərarlarının icrasının artmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, bur uşağa görə aliment pulu hazırda 82 manat təşkil edur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı