Modern.az

Milli Məclis 2012-ci il üçün işini bitirdi: 24 iclas, 44 ölkə, 297 səfər..

Milli Məclis 2012-ci il üçün işini bitirdi: 24 iclas, 44 ölkə, 297 səfər..

28 Dekabr 2012, 13:28

Milli Məclisin payız sessiyasında 24 plenar iclası keçirilib. Modern.az bildirir ki, bu barədə parlamentin bu günkü iclasında məlumat açıqlanıb. Bu dövr ərzində Milli Məclisin nümayəndə heyəti 44 ölkəyə 297 səfər edib.
Bununla yanaşı, deputatlar iki ölkədə prezident seçkilərini, 7 ölkədə parlament seçkilərini müşahidə ediblər. Bu il həmçinin 48 xarici ölkədən Azərbaycana 15 beynəlxalq təşkilatın 156 nümayəndə heyətinin səfəri baş tutub. Onların tərkibində 1091 nəfər xarici nümayəndə üzvü olub. Milli Məclis beş iri beynəlxalq tədbirə- AVRONEST, QDİƏT, GÜAM –ın tədbirlərinə ev sahibliyi edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir