Modern.az

Parlamentdən dünya azərbaycanlılarına MÜRACİƏT

Parlamentdən dünya azərbaycanlılarına MÜRACİƏT

28 Dekabr 2012, 13:43

Dekabrın 28-də payız sessiyasının son iclasını keçirən Milli Məclis yekunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib. Modern.az xəbər verir ki, millət vəkilləri dünya azərbaycanlılarını Həmrəylik günü münasibətilə təbrik edib. Müraciəti millət vəkili Azay Quliyev səsləndirib.

 "Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulacaq Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir", - deyə müraciətdə bildirilib.

Müraciətdə qeyd olunub ki, Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçib. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.

Millət vəkilləri xalqı ümummilli məqsədlərin gerçəkləşməsi, xalqın mənafelərinin qorunması naminə birliyə çağırıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü