Modern.az

“Ötən il əldə edilən gəlir proqnozlardan az olub”

“Ötən il əldə edilən gəlir proqnozlardan az olub”

İqtisadiyyat

24 Yanvar 2022, 12:38

Ötən il ölkəyə daxil olan, aksiz vergisi tətbiq edilmiş məhsullardan əldə edilən gəlir proqnozlardan az olub. 

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin əməkdaşı Faiq Orucov məlumat verib. 

 

O qeyd edib ki, gəlirlərin aşağı olmasının səbəbi ölkəyə gətirilən tütün məhsullarının azalması ilə bağlıdır: 

 

"2021-ci ildə Azərbaycana ən çox idxal edilən məhsullar avadanlıqlar olub. Əvvəlki illərlə müqayisədə tütün məhsullarının ölkəyə gətirilməsi azalıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat