Modern.az

Koçaryanı dəstəkləyən polkovnik saxlanıldı

Koçaryanı dəstəkləyən polkovnik saxlanıldı

24 Yanvar 2022, 21:02

Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun üzvü, polis polkovniki Sayat Şirinyan saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Benik Qaltsyan açıqlama yayıb.

 

Onun sözlərinə görə, maskalı şəxslər Şirinyanı evindən çıxarıb, naməlum istiqamətdə aparıblar.

 

Qeyd edək ki, Sayat Şirinyanın hansı səbəbdən saxlanıldığı məlum deyil.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə