Modern.az

Tağıyevin təsbehini sındıranlar HƏBS OLUNDU

Tağıyevin təsbehini sındıranlar HƏBS OLUNDU

Təhsil

25 Yanvar 2022, 14:48

Paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib. 

 

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir.

 

İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?