Modern.az

Hillari Klinton xəstəxanaya yerləşdirilib

Hillari Klinton xəstəxanaya yerləşdirilib

31 Dekabr 2012, 11:25

ABŞ-ın dövlət katibi Hillari Klinton səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Modern.az türk mediasına istinadən bildirir ki, xanım Klintonda tromb aşkarlanıb. Nyu York “Presbyrterian” xəstəxanasına çatdırılan Klintonun 48 saat həkim nəzarətində qalacağı bildirilib.

Xatırladaq ki, xanım Klinton dekabrın 15-də susuzluq səbəbindən evində huşunu itirərək yıxılmış və onun beyninin silkələndiyi açıqlanmışdı. ABŞ Dövlət departamentinin rəsmisi isə Klintonun mədə virusundan əziyyət çəkdiyini bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir