"Miss ABŞ" gözəllik yarışmasının 2019-cu ildə qalibi olmuş Çesli Krist Nyu-Yorkda intihar edib.
Modern.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Kristin cəsədi bazar günü səhər saatlarında yaşadığı evin küçəsində aşkarlanıb. O intihar etmədən öncə məktub yazıb. Məktubda bütün əmlakının anasına verilməsini xahiş edib.
Çesli Kristin canına cəsd etməsinin səbəbi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.