Modern.az

Prezident Milli Bankın sədrini şəhər meri təyin etdi

Prezident Milli Bankın sədrini şəhər meri təyin etdi

Dünya

31 Yanvar 2022, 16:30

Qazaxıstanın iğtişaşlar baş vermiş Almatı şəhərinə yeni mer təyin edilib.

Modern.az xəbər verir ki, prezident Kasım-Jomart Tokayev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Yerbolat Dosayev Qazaxıstan Respublikası Milli Bankının sədri vəzifəsindən azad edilərək, Almatı şəhərinin meri təyin olunub.

Yerbolat Dosayev 2019-cu ilin fevralından Milli Bankın sədri idi.

Bundan əlavə, o, baş nazirin müavini, maliyyə nazirinin müavini, energetika, sənaye və ticarət nazirinin müavini vəzifələrində çalışıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə