Modern.az

“Taliban” 100-dən çox keçmiş hökumət rəsmisini öldürüb

“Taliban” 100-dən çox keçmiş hökumət rəsmisini öldürüb

Dünya

31 Yanvar 2022, 20:39

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” hərəkatının üzvləri və onların müttəfiqləri keçmiş hökumətin yüzdən çox nümayəndəsini öldürüblər. 

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin hesabatına istinadən “Reuters” agentliyi məlumat yayıb.

 

Hesabat Baş katib Antonio Quterreş tərəfindən BMT Təhlükəsizlik Şurası üçün hazırlanıb.

 

“Taliban”ın qurbanları Əfqanıstan hökumətinin keçmiş üzvləri, həmçinin təhlükəsizlik xidmətinin əməkdaşları və vaxtilə beynəlxalq hərbi kontingentlə əməkdaşlıq etmiş şəxslər olub. Hesabatda, həmçinin qeyd olunub ki, İŞİD yerli nümayəndəliyi ilə əlaqədə şübhəli bilinən ən azı daha 50 nəfər “Taliban” tərəfindən qısa müddətdə edam edilib.

 

“Ümumilikdə, “Taliban” hakimiyyətə gəldikdən sonra ölkədə həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə pisləşib. Ölkənin bütün sosial və iqtisadi sistemi dağılır”, - deyə hesabatda bildirilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə