Modern.az

BMT 21 martı Beynəlxalq Novruz Günü elan edib

BMT 21 martı Beynəlxalq Novruz Günü elan edib

24 Fevral 2010, 11:13

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən AzərTAc-a verilən xəbər görə, xalqımızın əziz bayramı Novruzun BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Gün kimi tanınması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanıb və ölkəmizin BMT yanında Daimi Nümayəndəliyinə digər dövlətlərlə razılaşdırılması və onun BMT-də qəbulunun təmin edilməsi üçün təqdim edilib. Bu məqsədlə, Daimi Nümayəndəlik tərəfindən müəyyən müddət ərzində təbliğat-təsviqat işləri aparılmiş və bir sıra görüşlər keçirilib.

Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasının “Sülh mədəniyyəti” adlı, 49-cu bəndinə müvafiq olaraq, Azərbaycanın təsəbbüsü ilə irəli sürülüb və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmmüəllifi olduğu “Novruz Beynəlxalq Günü” adlı qətnamə layihəsinin Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, səfir Aqşin Mehdiyev tərəfindən təqdimatı keçirilib.

Azərbaycan səfiri Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara Dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat verib. Bayramın mahiyyətinin mehriban qonşuluq, qarşilıqlı hörmət, dözümlülük kimi qədim adət-ənənələri əks etdirdiyini vurğulayan səfir, eyni zamanda beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynadığını BMT-yə üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırıb.
A.Mehdiyev mədəniyyətlərarası dialoqun və anlaşmanın, həmçinin xalqlar arasında dözümlülüyün, mehriban qonşuluğun və həmrəyliyin təşviq edilməsi məqsədilə Novruz bayramının, yəni 21 mart tarixinin Novruz Beynəlxalq Günü kimi tanınmasının əhəmiyyətini vurğulayıb və BMT üzv dövlətlərini qətnamənin qəbul edilməsinə çagirmisdir.
İclasın sonunda qətnamə yekdilliklə qəbul olunub.

Qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə, 21 mart tarixinin Novruz Beynəlxalq Günü kimi tanıyır, BMT üzvü olan dövlətlərin Novruz ilə bağlı məlumatlılığının artırılması üçün səy göstərmələrinə çağırır. Eyni zamanda, BMT üzvü olan dövlətləri və BMT-ni, xüsusilə onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təskilatları, eləcə də qeyri-hökumət təskilatlarını Novruz bayramını qeyd edən dövlətlərin təskil etdiyi təntənəli mərasimlərdə iştirak etməyə dəvət edir.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?