Modern.az

15 yaşlı qızla evlənən 90 yaşlı kişi: “Qıza görə 17 min dollar ödəmişəm”

15 yaşlı qızla evlənən 90 yaşlı kişi: “Qıza görə 17 min dollar ödəmişəm”

7 Yanvar 2013, 12:31

Toy günü gəlin qorxub və evdən qaçıb

90 yaşlı kişi ilə 15 yaşlı qızın evləndirilməsi Səudiyyə Ərəbistanından olan insan hüquqları müdafiəçilərinin və sosial media istifadəçilərinin tənqidinə məruz qalıb. Modern.az “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, xüsusilə də Twitter istifadəçiləri qızın ailəsini tənqid ediblər.
Bəy isə verdiyi müsahibədə nigahının “qanuni və düzgün” olduğunu  və qızla evlənmək üçün 17 500 dollar ödədiyini bildirib. Toy günü qız qorxub və otağa daxil olaraq qapını bağlayıb. Ailəsinin evinə qaçana qədər iki gün orda qalıb.
İnsan Hüquqlarına dair Səudiyyə Milli Assosiasiyasının üzvü Suheyla Zeyn Əl-Abidin qızın mümkün qədər tez faciədən  xilas edilməsi üçün müvafiq orqanları müdaxilə etməyə çağırıb.

Zeyn Əl-Abidin İslamda nikahın hər iki tərəfin razılığına əsasən olmasını da sözlərinə əlavə edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi