Fevralın 4-də Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edəcək və XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, səfər zamanı yüksək səviyyəli danışıqlar, Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.
Səfərin yekununda əsas dünya problemlərinin həllində Rusiya və Çinin ümumi yanaşmalarını müəyyən edəcək birgə bəyanatın qəbul edilməsi nəzərdə tutulur.