Modern.az

BMT Şimali Koreyaya görə toplanır

BMT Şimali Koreyaya görə toplanır

Dünya

2 Fevral 2022, 23:15

BMT Təhlükəsizlik Şurası (TŞ) Şimali Koreyanın (KXDR) yeni raket sınaqlarını müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, müzakirələr fevralın 4-də keçiriləcək.

 

ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini xahiş edib.

 

Qeyd edək ki, ilin başlamasından bu yana Şimali Koreya 7 dəfə raket sınaqdan keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə