Modern.az

Türk Ordusundan ilk təpki

Türk Ordusundan ilk təpki

Təhsil

24 Fevral 2010, 12:02

Türkiyədə generalların həbsi ilə əlaqədar gərginlik artır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bazar ertəsindən başlamış olan kütləvi həbslərdən sonra ilk dəfə olaraq ordu bütün dünyanın diqqət mərkəzində  olan proseslərə sərt təpki göstərib. “Milliyyət”in xəbərinə görə, dünən axşam saatlarında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında yüksək rütbəli hərbçilərin saxlanılması ilə əlaqədar vəzifədə olan bütün ordu generallarının və admiralların iştirakı ilə fövqəladə  toplantı keçirilib. Türk mətbuatının xəbərinə görə, ordu rəhbərliyi

  çevriliş iddiaları ilə  generalların həbsindən narazı qalıb. Ordunun bəzi yüksəkrütbəli zabitləri və istefada olan  hərbçilər baş verənləri təhdid kimi qiymətləndiriblər. Qeyd edək ki, İspaniyadan qayıdan baş nazir Rəcəb Tayyib Ərdoğan evində daxili işlər naziri Bəşir Atalay, ədliyyə naziri Sadullah Ergin, dövlət naziri Cəmil Çiçəklə “mini görüş” keçirib. Cəmil Çiçək isə bundan əvvəl  Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Ülkər Başbuğla görüşüb. Cəmil Çiçək isə prezident Abdullah Güllə də görüşüb. Bütün bunlar proseslərin nə qədər gərgin keçdiyini göstərir.  

 

Bu arada Avropa Birliyi də generalların həbsi ilə əlaqədar ciddi narahatlığını bildirib. AB-nin genişlənmə üzrə koordinatoru  Ştefan Fyule AKP hökumətini  “genaralların işi” üzrə prosesi şəffaf aparmağa çağırıb.          

 

Türkiyədə baş verənlərdən ABŞ-da da ciddi narahatlıq var. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli  dövlət çevrilişi cəhdi planları ilə əlaqədar Vaşintonun rəsmi mövqeyini açıqlayıb.  “Türkiyədə baş verənləri təbii ki, izləyirik və bunun şəffaf  bir çərçivədə və türk qanunlarına uyğun aparılmasını istəyirik”,-deyə Krouli bildrib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir