Modern.az

Messi 4-cü dəfə dünyanın ən yaxşı futbolçusu oldu

Messi 4-cü dəfə dünyanın ən yaxşı futbolçusu oldu

Dünya

7 Yanvar 2013, 23:30

Yanvarın 7-də FİFA 2012-ci il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə aparılan səsvermənin yekun nəticəsinə əsasən dünyanın "ən güclüsü" bəlli olub.

"Qızıl top" uğrunda mübarizə "Barselona"dan Lionel Messi və Andres İnyesta, "Real" (Madrid) klubundan isə Kriştiano Ronaldo arasında gedib. Yekun nəticədə Messi qalib olub. Bununla da o, futbol tarixinə dünyanın ən yaxşı futbolçusu adını dalbadal 4 dəfə qazanan ilk oyunçu kimi düşüb.

Mərasimdə dünyanın "ən yaxşı məşqçisi"nin də kimliyinə aydınlıq gətirilib. Bu ad uğrunda isə Visente del Boske (İspaniya), Xosep Qvardiola ("Barselona") və Joze Mourinyo ("Real", Madrid) yarışıblar. Birinci yeri Visente del Boske tutub.

Qeyd edək ki, bu gün həmçinin "ilin ən yaxşı qolu" nominasiyasında da qalibin adı bəlli olub. Digər nominasiyalarda olduğu kimi bu mükafata da üç namizəd var idi. Radamel Falkao ("Atletiko", Madrid), Neymar ("Santos") və Miroslav Stokun ("Fənərbaxça") vurduğu qollardan biri "ilin ən yaxşısı" seçilib. İlin ən yaxşı qolu mükafatı Miroslav Stoka verilib. 


2012-ci ilin ən yaxşı kişi baş məşqçisi:
Visente del Boske (İspaniya)

2012-ci ilin ən yaxşı qadın baş məşqçisi: Pia Sundxaqe (İsveç)

2012-ci ilin rəmzi yığma komandası: İker Kasilyas, Dani Alves, Cerard Pike, Serxio Ramos, Marselo, Xavi Alonso, Xavi, Andreas İnyesta, Lionel Messi, Kriştiano Ronaldo, Radamel Falkao

FİFA prezidentinin xüsusi mükafatı: Frans Bekkanbauer

2012-ci ilin ən yaxşı qolu: Miroslav Stok ("Fənərbaxça")

2012-ci ilin ən yaxşı futbolçusu: Lionel Messi ("Barselona", Argentina)

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir