Modern.az

Rezidenturaya qəbul qaydaları AÇIQLANDI

Rezidenturaya qəbul qaydaları AÇIQLANDI

Təhsil

4 Fevral 2022, 15:23

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seşimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlaının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

 

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?