Modern.az

Türkiyə Milli İstihbarat Təşkilatı “Kurtlar vadisi”nə dair açıqlama verdi

Türkiyə Milli İstihbarat Təşkilatı “Kurtlar vadisi”nə dair açıqlama verdi

8 Yanvar 2013, 18:17

“Bu filmdə gerçəkliklə fantaziya arasındakı məsafəni xeyli böyüdürlər”

Türkiyə xüsusi xidmət orqanı Milli İstihbarat Təşkilatı “Kurtlar vadisi”nə dair rəsmi açıqlama yayıb. Modern.az xəbər verir ki, bu haqda məlumat Milli İstihbarat Təşkilatının (MİT) rəsmi internet səhifəsində yer alıb.

MİT vətəndaşlardan adıçəkilən populyar seriala dair daxil olan suallara aydınlıq gətirib. Təşkilatın bu məsələ ilə bağlı rəsmi mövqeyi belə ifadə olunub:

“MİT Müstəşarlığı heyəti dövlət qulluqçusu statusu daşıyır və 2937 saylı “Dövlət Kəşfiyyat Xidmətləri və Milli İstihbarat Təşkilatı haqqında” Qanun əsasında fəaliyyət göstərir. Ssenari müəllifləri öz məhsullarını bazarlamaq üçün əsərlərinə həqiqətə uyğun olmayan həyəcan və cazibə qatmağa çalışırlar.
Ona görə də onlar yaratdıqları xarakterlərlə gerçəklik və fantaziya arasındakı məsafəni yanlış olaraq xeyli böyüdürlər. Tamaşaçılar bu yanaşmanın kommersiya mahiyyəti daşıdığını unutmamalıdırlar”.

“Kurtlar vadisi pusu" serilaında Milli İstihbarat Təşkilatı adından da geniş istifadə olunur...

Aqşin

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər