Modern.az

Qənirə Paşayevanın vəsiyyətnaməsi necə qarşılandı?

Qənirə Paşayevanın vəsiyyətnaməsi necə qarşılandı?

Parlament

9 Yanvar 2013, 15:25

Bir müddət əvvəl millət vəkili Qənirə Paşayevanın yazdığı vəsiyyətnamə ictimaiyyətdə rezonans doğurdu. Məlum olduğu kimi, millət vəkili vəsiyyətnaməsində bədən orqanlarının transplantasiya olunmasına razılıq verdiyini qeyd edir. Bundan öncə millət vəkili Musa Quliyev də belə bir addımın atılmasına müsbət yanaşdığını bildirmişdi. Hətta bəzi deputatlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin belə bir təşəbbüslə çıxış etməsini təklif etmişdilər.  

Modern.az cəmiyyətdə birmənalı qarşılanmayan bu addıma münasibət öyrənib.

Millət vəkili Fazil Mustafa deputat yoldaşının atdığı bu addımı faydalı hesab edir. Onun fikrincə, insan özündən sonra kimisə yaşada bilirsə, buna pis baxılmamalıdır. Amma millət vəkili onu da bildirib ki, deputat həmkarının belə bir vəsiyyətnaməni tezləşdirməsini istəməzdi.
“Bu artıq başqa ölkələrdə də normal qarşılanır və ənənə halına çevrilib. Mən buna normal yanaşıram. Cəmiyyətdə də kifayət qədər insan var ki, orqan çatışmazlığından əziyyət çəkir. İnsanın öz ölümündən sonra kimsə yaşadırsa, bunu müsbət dəyərləndirmək lazımdır”.

Q. Paşayevanın belə bir addım atmasını onun fərdi qərarı adlandıram millət vəkilinin dediyinə görə, başqa insanların da bu cür qərar verməsini onların öz öhdəsinə buraxmaq lazımdır. Fazil Mustafa onu da bildirib ki, yəqin ki, belə bir addımı çoxları bu formada atmağa hazırıdır. Özünün bu haqda fikirləşmədiyini söyləyən millət vəkili onu da deyib ki, insanlar dünyasını dəyişdikdən sonra başqalarına fayda verə biləcəklərsə, bundan imtina etməməlidirlər:

“İndiki halda mən Qənirə xanımın daha uzunömürlü olmasını arzulayıram. Hələ ki belə bir vəsiyyətnaməni tezləşdirməsini istəməzdim”. 

Qafqaz Müsəlmanları idarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə bildirib ki, bədən orqanlarının transplantasiya üçün bağışlanması hər bir insanın daxilindən gələn istəkdir: “Belə bir addımın atılması hər insanın səmimi qəlbindən gələn hərəkətidir. Biz də hər kəsin seçiminə hörmətlə yanaşırıq. Belə bir məsələdə kiminsə birinci olmağı önəmli deyil. Bu, hər şəxsin öz şəxsi seçimidir”.

Gültəkin Ələsgər   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü