Modern.az

Qənirə Paşayeva vəsiyyətnaməsini Modern.az-a təqdim etdi - FOTO

Qənirə Paşayeva vəsiyyətnaməsini Modern.az-a təqdim etdi - FOTO

Parlament

10 Yanvar 2013, 14:54

Milli Məclisin deputatı Qənirə Paşayeva özünün bədən orqanlarının transplantasiya olunmasına razılıq verdiyini bildirərək, bununla bağlı vəsiyyətnamə yazdığını bəyan edib. Millət vəkilinin bir neçə gün öncə bu barədəki açıqlaması cəmiyyətdə səs-küylə qarşılandı, eyni zamanda buna ağız büzənlər də oldu. Bəziləri sosial şəbəkələrdə yazdıqları statuslarda Q.Paşayevanın açıqlamasının yalnız sözdən ibarət olduğunu, bunu özünün təbliğatına yönəltdiyini qeyd etdilər.

 

Modern.az saytı deputatın vəsiyyatnamə ilə bağlı açıqlamasının birmənalı qarşılanmadığını nəzərə alaraq, məsələni araşdırıb. Deputatdan bədən orqanlarının bağışlandığını bildirən vəsiyyətnaməsini saytımıza təqdim etməyi istəyib, onu harada rəsmiləşdirdiyini soruşduq.

 

Əməkdaşımızın istəyi ilə Qənirə Paşayeva vəsiyyətnaməsini saytımıza təqdim etdi. Vəsiyyətnamədə deputatın bədən orqanlarının transplantasiya olunmasına razılıq verdiyi qeyd olunub. Q.Paşayeva bizimlə söhbətdə bildirdi ki, o, vəsiyyatnaməni Bakıdakı 13 nömrəli Notariat Kontorunda təsdiq etdirib.

 

Vəsiyyətnaməsə qeyd edilib:

 

“Mən Bakı şəhəri, Ş.Əsgərova küç, ev 156, m 7-də qeydiyyatda olan Paşayev Qənirə Ələsgər qızı həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verirəm:

 

- Mənim ölümümdən sonra mənə məxsus olan və insan orqanizminə köçürülə bilən orqanlarımı əvəzsiz olaraq  maddi imkanları məhdud olan xəstə və orqan köçürülməsinə ehtiyacı olan insanlara köçürülməsi üçün Mərkəzi Klinik Xəstəxanaya və Mərkəzi Neftçilər Xəstəxanasına vəsiyyət edirəm.

 

- Vəsiyyətnamə 2 hissədən ibarət tərtib edildi. Onlardan biri notariat kontorunda saxlanılır,  ikinci nüsxə vəsiyyət edənə verilir.

 

İmza: Paşayeva Qənirə Ələsgər qızı”

 



Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır