Modern.az

Rusiya-Ukrayna böhranı pik həddə YÜKSƏLİB

Rusiya-Ukrayna böhranı pik həddə YÜKSƏLİB

Dünya

12 Fevral 2022, 09:40

Uzun müddətdir davam edən Rusiya-Ukrayna böhranında gərginlik pik həddə yüksəlib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında gərginliyin artmasından sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin xidmət ərazisi Avropa olan 6-cı donanmaya 4 gəmi göndərdiyi bildirilib.

 

ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, “ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Sullivans (DDG 68), USS Gonzalez (DDG 66), USS Donald Cook (DDG 75) və USS Mitscher (DDG 57) esminesləri Avropa əməliyyat zonasında fəaliyyət göstərəcək”, - deyə bildirilib.  


“ABŞ Altıncı Donanması Türkiyəni və NATO müttəfiqlərimizi dəstəkləmək üçün bir sıra dəniz fəaliyyətlərində iştirak edəcək”, - deyə ABŞ tərəfindən məlumat yayılıb.

 

Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat