Modern.az

Deputatlardan əsgər ölümü ilə bağlı yeni AÇIQLAMALAR

Deputatlardan əsgər ölümü ilə bağlı yeni AÇIQLAMALAR

11 Yanvar 2013, 13:11

Milli Məclisin deputatı Rauf Əliyev Daşkəsəndə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı məsələyə mövqeyini açıqlayıb.

Rauf Əhmədov mərhumun ailəsinə baş sağlığı verdiyini və ürək ağrısı keçirdiyini bildirib:“ Müdafiə Nazirliyi, Hərbi Prokuroluq öz işçilərini “N” saylı hərbi hissəyə ezam edib. Artıq cinayət işi də açılıb. Hesab edirəm ki, təmkinli olmaq, göləmək lazımdı. Bəzi insanlar bunu siyasiləşdirməyə, ayrı mövqedən yanaşmağa çalışırlar. Ancaq buna ehtiyac yoxdu.

Ali Baş Komandanın, Müdafiə Nazirliyinin gördüyü işlər göz qabağındadir”.

Özünün dəfələrlə sərhəd hərbi hissələrində olduğunu qeyd edən millət vəkili quruculuq işlərinin getdiyini deyib: “Ola bilər ki, hansısa nöqsanlar var, onu da təkmilləşdirmək lazımdır.

Əsgərliyə çağırılma prinsipi dəyişilməlidir. Həm Müdafiə Nazirliyi, həm də Hərbi Prokurorluq istintaq qurtardıqdan sonra bu məsələyə aydınlıq gətiriləcək.

Bir zabiti işdən çıxarmaqla və ya onun rütbəsini azaltmaqla bu məsələ düzələn deyil.

Bizim ölkədə belə hal birinci dəfə deyil artıq,fikirləşmək, səbəbini tapmaq, məsələni kökündən həll etmək lazımdır. Ancaq bu şəkildə övladlarımız rahat şəkildə öz Vətən borclarını yerinə yetir bilərlər”.

Deputat Məlahət İbrahimqızı isə deyib ki, bu cinayəti törədənlər mütləq cəzalandırılacaqlar: “Onu da bildirim ki, orduda baş verənlərə görə məsuliyyət yalnız nazirliyin üzərinə düşmür. Bütövlükdə cəmiyyət bu məsələdə məsuliyyət daşıyır. Siyasətçilər, müəllimlər, ziyalılar və valideyinlərin də bundan payı var. Çünki biz övladlarımızı hərtərəfli şəkildə, psixoloji, fiziki və mənəvi cəhətdən kamil formada orduya göndərməliyik. Buna isə böyük ehtiyac var. Ordu da cəmiyyətimizin bir hissəsidir”.

 

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?