Modern.az

Makron Zelenski ilə danışıqlar apardı

Makron Zelenski ilə danışıqlar apardı

Dünya

12 Fevral 2022, 22:00

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesabında məlumat yayıb.

 

Tərəflər mövcud təhlükəsizlik vəziyyətini və Normandiya formatında danışıqların intensivləşdirilməsini müzakirə ediblər.

 

Qeyd edək ki, bir neçə saat əvvəl Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat