Modern.az

Zəlimxan Yaquba böyrək köçürülməsi təxirə salınıb

Zəlimxan Yaquba böyrək köçürülməsi təxirə salınıb

14 Yanvar 2013, 14:18

2012-ci  ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirən və hər iki böyrəyi çıxarılan Xalq şairi Zəlimxan Yaqub səhhəti ilə bağlı Modern.az-a danışıb. O özünü yaxşı hiss etdiyini və səhhətinin yaxşı olduğunu vurğulayıb. “Hər həftə dializ əməliyyatından keçirəm. Getdikcə də səhhətim normallaşır”.

Yanvarın 12-də Almaniyadan qayıdan Zəlimxan Yaqub bildirib ki, bir həftə orada qalıb. “Həkimlər səhhətimin qənaətbəxş olduğunu dedilər. Hələ ki, böyrək köçürməsi olmadı. Amma aprel ayında yenidən Almaniyaya gedəcəm”.

Sevinc İltifatqızı

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir