Modern.az

“Türk dünyasına xidmət-2012” sorğusuna dünyadan dəstək

“Türk dünyasına xidmət-2012” sorğusuna dünyadan dəstək

14 Yanvar 2013, 14:59

Aqil Camal: “Bu dəstəklər sorğunun tək Azərbaycanı deyil, bütövlükdə Türk dünyasını əhatə etməsinə imkan verir”

“Türküstan” qəzetinin Türk dünyasının inteqrasiyasında və Türk millətinin dünyadakı nüfuzunun artırılmasındakı xidmətlərinə görə 2012-ci ilin yekunlarına əsasən keçirdiyi rəy sorğusu bir sıra qurumlar tərəfindən dəstəklənib. Bu barədə Modern.az saytına “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib. Onun sözlərinə görə, sorğu ilə bağlı əməkdaşlıq edilən qurumlar arasında böyük təşkilatlar və ictimai-siyasi hərəkatlar var:

“Sorğunun keçirilməsində bizimlə tərəfdaşlıq edən təşkilatlar arasında Dünya Uyğur Konqresi, Dünya Türkmən Birliyi, Qırğız Türkləri Yardımlaşma və Dayanışma Dərnəyi, Türküstanlılar Kültür və Yardımlaşma Dərnəyi, Kosova Gora Türkləri Mərkəzi, Makedoniya Ufuk Dərnəyi, Dünya TuranDo Assosiyasiyası, İpəkyolu Media Qrupu və başqa qurumlar var. Bu isə sorğunun tək Azərbaycanı deyil, bütövlükdə Türk dünyasını əhatə etməsinə imkan verir”. A.Camal bildirib ki, sorğunun keçirilməsinə nəzarət edən işçi qrupu son günlər  işini daha da intensivləşdirib: “Hazırda sorğu həm qəzetimizin saytında, həm anket, həm də elektron poçt vasitəsilə aparılır. Və gələn rəylər işçi qrup tərəfindən toplanır. Sorğunun münsiflər heyətinin tərkibi də demək olar ki, müəyyənləşib və yaxın vaxtlarda açıqlanacaq.”

Qeyd edək ki, 2012-ci il yekunlarına görə siyasət, mədəniyyətvə təhsil nominasiyaları üzrə keçirilən sorğuda qalib gələn şəxslərə müvafiq olaraq “TÜRK DÜNYASINDA İLİN SİYASƏTÇİSİ”, “TURK MƏDƏNİYYƏTİNİN HAMİSİ”, “TÜRK GƏNCLİYİNİN DOSTU” mükafatları təqdim olunacaq. Aşağıdakı linkə daxil olub sorğuda iştirak etmək mümkündür:

 //www.turkustan.net/haber/538-turkustan-qzeti-oxucular-arasinda-ry-sorgusu-kecirck

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir