Modern.az

“Nar Mobile” şirkətinə yeni baş direktor təyin olunub

“Nar Mobile” şirkətinə yeni baş direktor təyin olunub

14 Yanvar 2013, 17:06

Azərbaycanın mobil operatorlarından olan “Nar Mobile” şirkətinə yeni baş direktor təyin olunub. Modern.az xəbər verir ki, şirkətin yeni baş direktoru Kent Maknilidir. O, karyerasını “Azertelecom” şirkətinin baş direktoru qismində davam etdirəcək Yurgen Pitsi əvəz edəcək.

K. Maknili dünyanın ən böyük rəqabətə malik olan bazarlarında iri telekommunikasiya şirkətlərinin idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir. O, idarəetmə, marketinq və mühəndislik sahələrində müstəsna xidmət siyahısına malik olan, yüksək səviyyəli menecerdir; Kent Maknili, özünün uzaqgörənliyi, liderliyi və maliyyə sahəsində fərasətinə görə tanınır. O, 4 qitədə, müxtəlif şirkətlərdə bir sıra yüksək vəzifələr tutub  və “VimpelCom” (Beeline şirkətinin brendi), “Eastman Kodak”, “Citibank” və s. kimi şirkətlərin fəaliyyətinə özünün qiymətsiz töfhəsini vermişdir.  Cənab Maknili, olduqca qısa bir zamanda öz biznesini və gəlirini artırmış bir sıra kampaniyalar üçün cavabdeh olub.

Öz təyinatı haqqında danışaraq, Maknili belə deyib: “Mən ölkədə ən sürətlə inkişaf edən mobil operator olan “Nar Mobile”-a qoşulduğum üçün xoşbəxtəm. Biz, məhsullarımızın və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və məqbul qiymətlərin saxlanılması üzərində işi davam etdirəcəyik. Biz həmçinin qüvvəmizi, mobil internetin inkişafında yer alan yeni və əhəmiyyətli imkanların axtarışında cəmləşdirəcəyik”.

Aytən Əliyeva  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir