Modern.az

Facebook-da hamıdan 5 qəpik yığılır ki...

Facebook-da hamıdan 5 qəpik yığılır ki...

Aktual

14 Yanvar 2013, 17:11

“Əsgər Ölümlərinə Son!” aksiyasında saxlanılan gənclərə dəstək olmaq üçün Facebook sosial şəbəkəsində səhifə yaradıblar. Modern.az-ın məlumatına görə, gənclər təklif ediblər ki, aksiyada həbs olunmuş gənclərin cəriməsini ödəmək üçün hamıdan 5 qəpik yığıb məhkəməyə aparıb versinlər.

“Hamıdan 5 qəpik yığıb məhkəməyə aparıb vermək, bunları çəkmək və yaymaq əslində bu prosesə daha çox adamın cəlb olunmasını təmin edə bilər”-deyə səhifənin adminləri qeyd ediblər.

Eyni zamanda bildirilir ki, cərimə dövlətə 5 qəpikliklərlə ödəniləcək.

Qeyd edək ki, əsgər ölümü ilə bağlı yanvarın 12-də Bakıda keçirilən aksiyada saxlanılan şəxslər cərimələnərək sərbəst buraxılıblar. Aksiya iştirakçıları yeni qanunla 400-600 manat cərimələniblər.

Sevinc

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır