Modern.az

Bakıda nəqliyyatın ən sıx olduğu küçələr - SİYAHI

Bakıda nəqliyyatın ən sıx olduğu küçələr - SİYAHI

Təhsil

14 Yanvar 2013, 17:33

Nəqliyatı İntellektual İdarəetmə Mərkəzi  dekabr ayı ərzində Bakı şəhərinin əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sayı və orta sürəti üzrə statistik göstəricilərini təqdim edib. Mərkəzdən Modern.az-a bildirlib ki, göstəricilər əsasən paytaxtın əsas küçə və prospektlərini əhatə edib. Belə ki,  Üzeyir Hacıbəyov prospektində ay ərzində 1773297 nəqliyyat vasitəsi  qeydə alınıb və orta sürət 41 km/s təşkil edib. A.M. Şərifzadənin küçəsinin cənub istiqamətində 530891 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 44 km/s təşkil edib, şimal istiqamətində isə 754056  və orta sürət 48 km/s təşkil etmişdir.    

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi aşağıda digər küçə və prospektlərin statistik göstəricilərini təqdim edir: H.Əliyev pr. - əsas yolun şərq istiqamətində 1021739 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 69 km/s təşkil edib. Qərb istiqamətində 1370410, orta sürət isə 61 km/s təşkil edib. Prospektin kənar yolunun şərq istiqamətində 1443632  nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 54 km/s təşkil edib. Kənar yolun qərb istiqamətində 1412599, orta sürət isə 53 km/s təşkil edib.

Nobel pr. şərq istiqamətində  1072308 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 65 km/s təşkil edib. Qərb istiqamətində isə 1185371 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 69 km/s təşkil edib.

Babək pr. şərq istiqamətində  1162893  nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 54 km/s təşkil edib. Qərb istiqamətində isə 1162469 nəqliyyat vasitəsi və orta sürət 54 km/s təşkil edib.

İnşaatçılar küç. cənub istiqamətində 1103883 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət49 km/s təşkil edib. Şimal istiqamətində isə 1058559, orta sürət isə 44 km/s təşkil edib.

Atatürk pr. cənub istiqamətində 1226839 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 45 km/s təşkil edib. Şimal istiqamətində 984140, orta sürət isə 44 km/s təşkil edib.

Qara Qarayev pr. cənub istiqamətində 546803 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 48 km/s təşkil edib. Şimal istiqamətində 727257, orta sürət isə 49 km/s təşkil edib.

Zərifə Əliyeva pr. 1647768 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 40 km/s təşkil edib. Azərbaycan küç. isə 773535, orta sürət isə 37 km/s təşkil edib.  

Qeyd edək ki, digər küçə və prospektlərdəki statistik göstəriciləri həmçinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin - www.niim.az  rəsmi internet səhifəsindən əldə etmək mümkündür. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.     

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür