Modern.az

Müsavat Lənkəran hadisəsi ilə bağlı Zakir Qaralova müraciət edəcək

Müsavat Lənkəran hadisəsi ilə bağlı Zakir Qaralova müraciət edəcək

14 Yanvar 2013, 17:38

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Divanlın toplantısında partiyadaxili məsələlər və  ötən həftə ərzində görülən işlər barədə verilən məlumatdan sonra  ölkədəki ictimai-siyasi duruma dair müzakirələr başlayıb.

Öncə  sosial şəbəkə fəallarının təşəbbüsü ilə yanvarın 12-də Fəvvarələr meydanında keçirilən əsgər ölümlərinə etiraz mitinqi müzakirə olunub. Divanda bildirilib ki, 12 yanvar mitinqi  etirazların virtual aləmdən real aləmə keçən ilk möhtəşəm aksiyası olub.

Divanda 12 yanvar mitinqdə iştiraka görə  iştirakçıların 600 manata qədər məbləğində cərimə ödənilməsinə dair verilən məhkəmə qərarları da müzakirə olunub. Bu cərimələrin siyasi azadlıqların boğulması üçün daha bir vasitə olduğu bildirilib. Cərimələrlə bağlı ictimai - müzakirələrin başlanmasının önəmi vurğulanıb.

Daha sonra Müsavat Partiyası başqanının Lənkəran rayon təşkilatının bərpasının 20 illik yubileyi münasibətilə bölgəyə səfəri zamanı baş verən xoşagəlməz hadisə müzakirə edilib.  Həmçinin bildirilib ki, Müsavat Partiyası hadisə ilə bağlı ilkin araşdırmalara başlayıb. Artıq Müsavat başqanının getdiyi maşın karvanı Bakıdan çıxarkən onları izləyən maşınların nömrələri müəyyənləşdirilib. O da bildirilib ki, 13 yanvar hadisəsinin hüquqi müstəvidə araşdırılması üçün Müsavat Partiyası prokurorluq orqanlarına müraciət edəcək.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?