Modern.az

İlyas İsmayılovdan İsa Qəmbərə dəstək

İlyas İsmayılovdan İsa Qəmbərə dəstək

14 Yanvar 2013, 17:49

Ədalət Partiyası Musavat Partiyasının başqanı İsa Qəmbər və onunla birlikdə Lənkərana getmək istəyən musavatçılara qarşı törədilmiş hərəkətlərə münasibət açıqlayıb. Partiyanın mətbuat xidmərindən Modern.az-a verilən məlumata görə, sədr müavini Mütəllim Rəhimli bununla bağlı deyib:

- Yanvarın 13-də Lənkəran şəhərinin girəcəyində Müsavat Partiyasının başqanı İsa Qəmbər və bir qrup musavatçıya qarşı törədilmiş hərəkətlər həm əxlaqi, həm mənəvi, həm hüquqi, həm də siyasi baxımdan təəssüf doğurur və yolverilməzdir. Azərbaycanın Avroatlantik məkana inteqrasiyada israrlı olduğunu xüsusi nümayiş etdirdiyi bir vaxtda siyasi partiyaların öz üzvləri və tərəfdarları ilə görüş keçirmək istəyinin qarşısının bu şəkildə alınması ölkəmiz barəsində müsbət fikir yaratmır, əksinə demokratiyanın əməldə deyil, yalnız şüarlarda mövcudluğunu göstərir. M.Rəhimli xatırladıb ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi hər bir siyasi partiyaya yığıncaqlar və başqa kütləvi aksiyalar keçirmək hüququ verir. Qanunun 13-cü maddəsində isə dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmədiyi, üstəlik rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat nəzərdə tutulur. 

“Lakin bu hadisə göstərdi ki, reallıqda bu heç də belə deyil. Ona görə də  hesab edirik ki, kimliyindən asılı olmayaraq, bu hadisənin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmasına və beləliklə, onun həm də iddia edildiyi kimi, hakimiyyətlə heç bir bağlılığının olmadığının sübut edilməsinə ehtiyac var”.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir